📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bakı Biznes Mərkəzi"nin keçmiş direktoruna yeni vəzifə verilib

2025-04-05 11:48:06

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib.

Hurriyyet.az "Report"a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub.

Nazirlikdən faktı təsdiq ediblər.

Xatırladaq ki, S.Məmmədov "Bakı Biznes Mərkəzi"nə 15 il rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.