📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - FOTO

2025-04-26 11:36:31

Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - FOTO

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Hurriyyet.az-ın "qafqazinfo"-ya istinadən məlumatına görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.