📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir"

2026-09-21 15:18:08

“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir

“Bakı əhalisinin dəqiq monitorinqlərini aparın, onun çox mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır”.

Hurriyyet.media  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

“O deməkdir ki, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına edilən basqını artırırıq və hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur.

Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır. Həqiqətən insanlar o bölgələrdə yaşasınlar və ekoloji təmiz məhsul istehsal olunsun. Kəndə gedəndə kəndli insanı görəsən, kənd turizmi inkişaf etsin”, - deputat əlavə edib.