Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apelyasiya məhkəmələrinə hakimlər təyin edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Hurriyyet.az-ın məlumatına görə, layihəyə əsasən, Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alınaraq aşağıdakı apelyasiya məhkəmələrinə hakimlər təyin ediləcək:
- Bakı Apelyasiya Məhkəməsi üzrə:
Hüseyn Cavid Vaqif oğlu
Oruczadə Aytən Pənah qızı
- Gəncə Apelyasiya Məhkəməsi üzrə:
Həsənov İslam Telman oğlu
İsgəndərova Aygül Vulqar qızı
- Sumqayıt Apelyasiya Məhkəməsi üzrə:
Məmmədov Zahid Tahir oğlu
- Şəki Apelyasiya Məhkəməsi üzrə:
Cavadova Günay İsmayıl qızı
- Şirvan Apelyasiya Məhkəməsi üzrə:
Abdullayev İlkin Qismət oğlu
İsmayılov Orxan Nadir oğlu.
Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.