Bakı Hava Limanında kran aşıb - Ölən və yaralanan var
2022-09-22 17:08:00
Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.
Hurriyyet.az xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: "Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb". (Report)