📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı İcra Hakimiyyətində yeni təyinat

2022-02-19 15:07:00

Bakı İcra Hakimiyyətində yeni təyinat

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, A.İmaməliyev Aparat rəhbərinin vəzifəsini icra edəcək.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev E.Ş.Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləyib.

Milli.Az