Bakı ilə İrəvan arasında razılaşma xəbəri
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə müsahibəsində Arazdəyən-Horadiz dəmir yolunun açılışı ilə bağlı Azərbaycan ilə Ermənistan arasında razılıq əldə edildiyini deyib: “Mənim fikrimcə, Yerasx (Arazdəyən) – Horadiz dəmir yolunun açılışı məsələsi ilə bağlı yekun konsensus əldə edilib. Bütün tərəflər bunun indiki mərhələdə yaxşı və mümkün qərar olduğunu bildiriblər”.
Qriqoryanın sözlərinə görə, Azərbaycan ilə Ermənistanın əldə elədikləri ümumi razılığa görə, açıqlacaq regional kommunikasiyalar hansı ölkənin ərazisindədirlərsə, həmin ölkənin yuridiksiyası altında qalacaqlar: “Bu məsələdə üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan – red.) işçi qrupunun bütün iştirakçıları həmrəydirlər”.
Hürr Tərcüman