📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı ilə İrəvan arasında sülh müqaviləsi Budapeştdə imzalana bilər

2024-09-10 17:11:13

Bakı ilə İrəvan arasında sülh müqaviləsi Budapeştdə imzalana bilər

Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto "İrəvan dialoqu" forumundakı çıxışı zamanı Bakı ilə İrəvan arasında sülh müqaviləsinin Budapeşt şəhərində imzalanmasını təklif edib.
O, müharibələrin döyüş meydanında yox, danışıqlar masasında başa çatdığını söyləyib. Siyyarto Macarıstanın tərəflərin hər ikisi ilə qarşılıqlı hörmət əsasında danışmaq imkanı verən mövqedə durduğunu söyləyib.
Nazir Budapeştin yaxın zamanda Ermənistanla diplomatik əlaqələri bərpa etdiyini, bundan sonra qısa zaman ərzində ikitərəfli ticarətin rekord həddə çatdığını, paytaxtlar arasında uçuşların başlandığını söyləyib.
Hürr Tərcüman