“Bakı ilə İrəvan Moskvanın təklifini qəbul ediblər” – Zaxarova
2023-04-12 16:11:00
Hurriyyet.az xəbər verir ki, Moskvadan verilən açıqlamaya görə, Bakı ilə İrəvan sülh danışırları üçün Rusiyada növbəti görüş keçirilməsi təklifini qəbul ediblər.
Bu barədə məlumatı RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova gündəlik brifinqdəki çıxışı zamanı söyləyib: “Demək istəyirəm ki, Azərbaycanla Ermənistanın bu iki ölkə arasında sülh müqaviləsini hazırlaması istiqamətində səylərimiz zəifləməyib. Tərəflər ikitərəfli danışıqların növbəti görüşünün bizim ərazimizdə keçirilməsi təklifini qəbul ediblər. Tam razılaşma əldə edildikdən sonra dəqiq görüş tarixini açıqlayacağıq”.
Hürr Tərcüman