📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı ilə sülh müqaviləsi imzalamağı planlaşdırırıq - ERMƏNİSTAN XİN

2022-03-07 14:32:00

Bakı ilə sülh müqaviləsi imzalamağı planlaşdırırıq - ERMƏNİSTAN XİN

Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir.

Hurriyyet.az report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”, - o bildirib.