📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Kazan-Bakı aviareysi ləğv edilib

2025-01-08 09:57:46

Bakı-Kazan-Bakı aviareysi ləğv edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.

Hurriyyet.az AZAL-a istinadən xəbər verir ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

"Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq", - deyə aviaşirkət bəyan edib.