📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı Kremllə bunu müzakirə edirsə... - Abramyan

2021-09-06 14:36:00

Bakı Kremllə bunu müzakirə edirsə... - Abramyan

Rusiya və Azərbaycan Qarabağda rus sülhməramlılarının mandatı ilə əlaqəli əlavə hüquqi mexanizmləri həqiqətən müzakirə edirlərsə, bu o deməkdir ki, Ermənistan mərhələli olaraq Qarabağla bağlı proseslərdən çıxarılacaq.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Azərbaycanın hədəfi odur ki, Ermənistan Qarabağla bağlı məsələlərdə oyundan çıxsın və proses Rusiya-Azərbaycan ikitərəfli formatında davam etsin”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Rusiyanın Qarabağda sülhməramlıların mandatıyla bağlı əlavə hüquqi mexanizmləri müzakirə etdiyini bəyan etmişdi.