Bakı Metropoliteni QSC-nin 14 milyon vergi borcu var?
2022-01-31 15:51:00
İctimai vəkil Samir Zeynalov sosial media hesabında Bakı Metropoliteni QSC-in 14.081.947.19 AZN vergi borcunun olduğunu iddia edir. Ümumiyyətlə bu iddialar həqiqəti əks etdirirmi? Əgər iddialar doğru deyilsə, Bakı Metropoliteni QSC-nin real vergi borcu nə qədərdir?
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC ilə əlaqə saxladıq və sorğumuzu göndərdik. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məzuniyyətdə olduğunu, sorğunun aidiyyəti üzrə yönləndirildiyini qeyd edib.
Qeyd: Mövzunu davam etdirəcəyik.
YƏHYA