📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakı Metropoliteni”ndə yeni təyinat - Oksfordun tələbəsidir

2025-02-10 12:48:01

“Bakı Metropoliteni”ndə yeni təyinat - Oksfordun tələbəsidir

“Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinə yeni rəis təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, bu vəzifəyə Nərgiz Rövşən qızı Mustafayeva təyin olunub. 

Qeyd edək ki, N.Mustafayeva bp şirkətində bir çox vəzifələrdə çalışıb.

Bakı Dövlət Universitetinin Fiziki və iqtisadi coğrafiya fakültəsindən məzun olan N.Mustafayeva hazırda Oksford Universitetində təhsilini davam etdirir.