📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakı metropoliteni”nin daha bir əməkdaşı vəfat etdi

2021-12-22 12:19:00

“Bakı metropoliteni”nin daha bir əməkdaşı vəfat etdi

 

“Bakı metropoliteni” QSC-nin daha bir əməkdaşı vəfat edib.

Hurriyyet.az xəbər verir ki, qurumun Tikinti departamentinin Dəmir yolunun Tikintisi və Əsaslı Təmir İşləri üzrə Dəstəsinin rəisi Babaşxan Baxışov bu gün işə gələrkən ürək tutmasından yolda dünyasını dəyişib.

“Bakı Metropoliteni” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki də işə gələrkən metroda dünyasını dəyişib.