📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda FACİƏ: ölən var

2022-02-22 13:23:00

Bakı metrosunda FACİƏ: ölən var

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Hurriyyet.az Lent.az-a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Orada elektrik mexanik işləyən 63 yaşlı Məlikəli Nufəli oğlu Əliyev iş otağında yıxılıb. Başından xəsarət alan elektrik xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.