📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda həyəcanlı anlar - VİDEO

2022-09-12 19:50:00

Bakı metrosunda həyəcanlı anlar - VİDEO

Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. 

Onun sözlərinə görə, Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Hurriyyet.az baku.ws-ə istinadla görüntüləri təqdim edir: