📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü

2024-09-03 17:51:11

Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü

Bakı metropoliteninin "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Hurriyyet.az xəbər verir ki, Bakı metropolitenindən Musavat.com-a verilən məlumata görə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub.

"Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb", - məlumatda qeyd edilib.