📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda nə baş verir? - Sərnişinlər təxliyə edildi

2022-04-20 10:01:00

Bakı metrosunda nə baş verir? - Sərnişinlər təxliyə edildi

Bakı metrosunda "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatardan sərnişinər təxliyə edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, buna səbəb qatarın sonuncu vaqonunda metropolitenə xas qoxunun yaranması olub.

"Qatara baxış keçirilib. Hər hansısa texniki problemin olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb. Qoxu aradan qalxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək", - deyə o bildirib.