📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda ölən şəxs görün kim imiş - FOTO

2021-12-09 14:10:00

Bakı metrosunda ölən şəxs görün kim imiş - FOTO

Dekabrın 9-da səhər saatlarında metronun “28 May” stansiyasında dünyasını dəyişən Bakı Dövlət Universitetinin müəllimi Əhməd Babayev olub.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib.

Qeyd edək ki, Əhməd Babayev universitetin Kimya fakültəsinin analitik kimya kafedrasının baş müəllimi olub. (Lent.az)

***

“Bu gün saat 08:10 radələrində Bakı metrosunda qatarda olan bir sərnişin özünü pis hiss edib və “28 May” stansiyasında platformaya düşürülüb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

“Bu vaxt artıq sərnişin özündə olmayıb. Həmin şəxs yaşlı bir şəxsdir. Dərhal Təcili Tibbi Yardım çağırılıb. Həkimlər gəlib və ölüm faktını təsdiq edib”, - o deyib.