📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda qatarlar niyə gecikib? – SƏBƏBİ açıqlandı

2022-11-14 13:17:00

Bakı metrosunda qatarlar niyə gecikib? – SƏBƏBİ açıqlandı

Gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub.

“Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub və hazırda gecikmə tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir. Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək”, - deyə B.Məmmədov bildirib.

Bizim.Media