📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

2024-10-11 19:10:02

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.
Hurriyyet.Az
 xəbər verir ki, bu barədə QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.
Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.