📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunda sərnişin öldü

2023-03-07 16:18:00

Bakı metrosunda sərnişin öldü

Bu gün metronun "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi sərnişin vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O qeyd edib ki, sərnişin əvvəlcə özünü pis hiss edib:

“Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib”.