📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı metrosunun stansiya rəisi qəfil VƏFAT ETDİ

2026-04-21 16:20:05

Bakı metrosunun stansiya rəisi qəfil VƏFAT ETDİ

Bakı Metropoliteninin əməkdaşı vəfat edib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, metronun "Qara Qarayev" stansiyasının rəisi vəzifəsində çalışan 56 yaşlı Şaiq Heydərov bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ş.Heydərov Birinci Qarabağ müharibəsinin qazisi idi.