📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıtdı

2023-06-13 16:57:00

Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıtdı

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş aeroportuna qayıtmaq qərarına gəlib.

Bu barədə Hurriyyet.az-a AZAL-dan bildirilib.

Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcək./axar.az/