"Bakı öz ərazisində lazım olan əməliyyatı lazım olan vaxtda keçirəcək" - ZAUR MƏMMƏDOV
2023-09-12 13:12:26
"Bölgədə marağı olan dövlət ədaləti güdməsə, sabah bölgədə olmayacaq"
"Separatçılar və Ermənistan Azərbaycanın qarşısında dura bilməz". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, yolu bağlayan, reinteqrasiya olmayan tərəf bilməlidir ki, Bakı öz ərazisində lazım olan əməliyyatı lazım olan vaxtda keçirəcək: "Bölgədə marağı olan dövlət ədaləti güdməsə, sabah bölgədə olmayacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az