📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı Qarabağın erməni sakinləri üçün yanacaq göndərdi

2023-09-23 16:18:58

Bakı Qarabağın erməni sakinləri üçün yanacaq göndərdi

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, yanacaqla dolu nəqliyyat vasitələri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.

Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.