Bakı-Qazax yolunda ağır qəza: 10-dan çox maşın toqquşdu
2024-01-15 09:16:10
Bakı-Qazax yolunda zəncirvari qəza baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib.
10-dan çox avtomobil toqquşub.
Nəqliyyat vasitələri arasında bir avtobus, iki yük maşını, üç mikroavtobus və bir neçə minik maşını var.
APA