📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürüldü - YENİLƏNDİ

2023-12-28 10:57:03

Bakı-Quba-Rusiya avtomobil yolunun kənarındakı yanğın söndürüldü - YENİLƏNDİ

Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında 1,5 ha sahədə məişət və təkər tullantıları yanıb.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.