📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BAKI-QUBA YOLUNDA DƏHŞƏT - Mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb (18+ GÖRÜNTÜLƏR)

2022-12-15 11:54:00

BAKI-QUBA YOLUNDA DƏHŞƏT - Mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb (18+ GÖRÜNTÜLƏR)

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.

İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

azpolitika.info