Bakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar var - VİDEO
2022-12-17 14:42:00
Bakı-Quba yolunda yük maşını aşıb.
Hurriyyet.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb.
Hadisə ilə əlaqədar Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Maşınlar rayonun içərisindən keçərək yollarına davam edirlər.
Qəzanın görüntülərini təqdim edirik: