📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı sakini dostunu “Winchester" ilə vurdu

2022-05-09 14:04:00

Bakı sakini dostunu “Winchester

Göyçay Rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla H.Babayevin dostu, Bakı şəhər sakini İntiqam Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı tüfəngə baxmaq istəyərkən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alması, həmçinin onların sərxoş olmaları müəyyən olunub.

Araşdırma davam etdirilir.