📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir - VİDEO

2026-08-15 11:28:26

Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir - VİDEO

Bakının Nəsimi rayonu, Novruzov qardaşları-73 ünvanında yaşayan Mirkərimovlar ailəsi tikinti şirkətindən şikayətçidir. Onların iddialarına görə, şirkət ətrafdakı evləri alıb, lakin onların mülkü qalıb. Həmçinin də yaşadıqları evə ziyan vurub, həyətlərini mənimsəyib.

Hurriyyet.Media -nın məlumatına görə, yararsız vəziyyətə salınan evdə 4 nəfər yaşayır. 

Mirkərimovlar ailəsi iddia edirlər ki, "Pilot 16" tikinti şirkəti ətrafdakı bütün evləri satın alıb. Lakin bu ev barədə nə qiymətləndirmə aparan, nə də hansısa təkliflə gələn var.

Şikayətçinin sözlərinə görə, onların evi qayınatasının adına olub. O da rəhmətə gedəndə ev qayınatanın qardaşının adına keçib, indi həmin ailə də bu ünvanda yaşamır.  

Ailə deyir ki, onlara evdən çıxmaq üçün hər cür təzyiq göstərilir.

Şirkətdən isə iddia etdilər ki, sahibi evin ölçüsünə uyğun olmayan məbləğ və mənzil istəyir.

Şirkətdən o da qeyd olundu ki, tərəflər arasında razılığa gələ bilmədiklərinə görə məhkəməyə müraciət olunub. Hazırda iş məhkəmədədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.