📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq edildi

2024-09-30 11:33:40

Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq edildi

Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60 min manatının ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.