📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

2021-08-13 11:22:00

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Belə ki, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.