📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

2022-04-23 14:05:00

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrliyində sabah saat 05:00-dan 06:00-dək  hərəkət qismən məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb qeyd olunan hissədə yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılmasıdır. 

Sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.