📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT

2022-03-24 14:18:00

Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.

Hurriyyet.az-ın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.  

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Eksperiza Mərkəzinin direktoru vəzifəsində çalışıb.