Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub
2022-05-14 21:06:00
Bu barədə paytaxtın icra başçısı Eldar Əzizov əmr imzalayıb.
Əmrə əsasən, Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.
Xatırladaq ki, keçmiş BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. \\Report