📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiyanın qarşısı alınıb, saxlanılan var

2022-11-11 20:12:00

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiyanın qarşısı alınıb, saxlanılan var

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiyanın qarşısı alınıb, saxlanılan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 16 radələrində bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:
"Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib. Hazırda müvafiq araşdırmalar aparılır".