📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı səmasında işıqlanmanın səbəbi nədir?

2022-05-09 09:21:00

Bakı səmasında işıqlanmanın səbəbi nədir?

Bakı səmasındakı müşahidə olunan işıqlanmanın səbəbi bəlli olub.

Səngəçal terminalında və platformalarda elektrik təchizatında yaranan nasazlıqla bağlı qalıq qazlar fakelə ötürülərək yandırılır.

Bakının müxtəlif ərazilərində görünən nəhəng işıq da məhz bundan qaynaqlanır.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən işıqlanmanın yanğından qaynaqlanması barədə məlumatlar yayılmışdı.