Bakı Slavyan Universitetindən bölgələrdən olan qız abituriyentlərə xüsusi fürsət!
2026-08-12 16:58:18
Bölgələrdə yaşayan və yüksək nəticə göstərərək müəllimlik peşəsini seçən qızların ali təhsil arzularına dəstək olmaq məqsədilə “Regionlardan qəbul olan qızlar üçün” daxili təqaüd proqramı elan edilir.
Proqram çərçivəsində:
Təqaüd proqramında qeyd olunan bölgələrdən olan;
Bakı Slavyan Universitetinin müəllimlik ixtisaslarına qəbul olan;
500-dən yuxarı bal toplayan abituriyentlər arasından 5 qız tələbəyə təqaüd veriləcək.
Bu proqram yalnız təhsil dəstəyi deyil, regionlardan olan istedadlı gənclərin gələcəyinə və müəllimlik peşəsinin inkişafına verilən dəyərin göstəricisidir.
