📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sabah ödəniləcək

2026-04-13 12:15:02

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprelin 14-də bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.