📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Sumqayıt qatarında gedişhaqqı qalxır

2024-09-23 21:44:39

Bakı-Sumqayıt qatarında gedişhaqqı qalxır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır.

Bunu Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma Departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq. \\Qafqazinfo.Az