📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib

2026-02-13 13:11:59

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həmçinin Naxçıvanda da bu ayın pensiya ödənişi həyata keçirilib.

Fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.