📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Sumqayıt yolunda beş avtomobil bir-birinə girdi - VİDEO

2022-07-23 19:12:00

Bakı-Sumqayıt yolunda beş avtomobil bir-birinə girdi - VİDEO

Bakıda zəncirvari qəza baş verib.

Hadisə Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, “Hyundai”, “Range Rover”, “Lexus”, “Ford” və “Toyota” markalı maşınlar toqquşub.

Qeyd edək ki, qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkətində ciddi sıxlıq yaranıb. 

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Oxu.az