Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinə qarşı bu dəfə Nyu-Yorkda səsini ucaltdı
Nyu-Yorkda (ABŞ) Bakı Təşəbbüs Qrupunun (BIG) təşkilatçılığı ilə müstəmləkəçiliyə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Fransa və Hollandiyanın müstəmləkə nəzarəti altında olan ərazilərinin, o cümlədən Korsika, Fransız Qvianası, Qvadelupa, Martinik, Maohi Nui (Fransız Polinezyası), Kanaki (Yeni Kaledoniya) nümayəndələri, müstəqillik hərəkatlarının aparıcı simaları, müstəmləkəsizləşdirmə üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Fransa uzun illərdir müstəqillik uğrunda mübarizə aparan beynəlxalq təşkilatların və xalqların tələblərinə məhəl qoymur və neokolonializm siyasətini davam etdirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəsizləşdirmə prosesinə qarşı mübarizəyə verdiyi töhfə də qeyd olunub.
Ülviyyə, Hurriyyet.az