Bakı və İrəvan arasında sülh danışıqları... - Şolts
2024-02-17 16:10:47
Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts X hesabında yazıb.
“Həm Almaniya, həm də Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
axar.az