📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı və İrəvan gələn ay sülh sazişi imzalayacaq

2022-10-04 11:14:00

Bakı və İrəvan gələn ay sülh sazişi imzalayacaq

İrəvan və Bakı arasında sülh müqaviləsi noyabrın birinci ongünlüyündə Brüsseldə imzalanacaq. Azərbaycan və Ermənistana oktyabr ayının sonuna qədər sənədlərdəki dəyişikləri etmək tövsiyə olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə İrəvan hakimiyyətində olan mənbələrə istinadən Ermənistanın “Past” qəzeti yazıb.

Məlumata görə, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana son səfəri zamanı Ermənistan tərəfinə sülh müqaviləsinin mətninin yekun variantını oktyabrın sonunda yekunlaşdıracağını qeyd edib.

Qəzet qeyd edir ki, Moskva artıq müqavilənin Brüsseldə imzalanmasına razılıq verib.