📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı və Tovuzda xüsusi əməliyyat: dörd vəkil saxlanıldı

2024-08-27 23:43:32

Bakı və Tovuzda xüsusi əməliyyat: dörd vəkil saxlanıldı

Tovuz rayon vəkil bürosunun sədri Rəşad Abdullayevin və vəkil Süleyman Əliyevin saxlanılması haqda xəbər yayılıb.

Hurriyyet.Az Globalinfo.az-a istinadən xəbər verir ki, hər iki şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Bundan başqa, Bakıda vəkil Fuad Əliyevin və daha bir nəfərin saxlanıldığı qeyd edilir.