📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan

2026-11-26 17:05:26

“Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan

“Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb”​.

Hurriyyet.net  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Simonyan Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb. 

“Bəli, səfər dekabrın əvvəlində baş tutacaq, lakin Bakıya olmayacaq. Ehtimal edirəm ki, ya Gəncə, ya da hər hansı başqa bir şəhər olacaq, amma Bakı yox”, - o deyib. 

Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlamışdı.